Bu gün, iyunun 23-ü, görkəmli Türk Azərbaycanlı yazıçı, müəllim və tədqiqatçı Səməd Behrənginin doğum günüdür. Onun adı yalnız «Kiçik Qara Balıq» əsəri ilə deyil, həm də təhsil, ədalət və uşaqların ana dilində təhsil almaq hüququnu müdafiə etməsilə tarixi yaddaşda əbədi olaraq qalmışdır.
Azərbaycan kəndlərində illər boyu dərs demiş Behrəngi, ana dilindən fərqli bir dildə təhsil almağa məcbur olan uşaqların çətinlikləri ilə bilavasitə üzləşmişdi. O, «İranın təhsil məsələlərinin araşdırılması» kitabında tək dilli təhsil sisteminə tənqidi münasibətini bildirərək vurğulamışdı ki, Türk dilli uşaqlar məktəbin ilk illərini elm öyrənmək əvəzinə, təhsil dilini anlamağa sərf edirlər. Bu tənqid bu gün də İranda təhsil müzakirələrində mühüm yer tutur.
Səməd Behrəngi Azərbaycan dilini və mədəniyyətini qoruyub saxlamaq məqsədilə Azərbaycan Türk şifahi ədəbiyyatını və əfsanələrini toplamaqla məşğul olmuşdur.
Onun Araz çayında şübhəli və erkən ölümündən altı onilliyə yaxın vaxt keçir — bəzi rəvayətlərə görə bu ölüm, Pəhləvi rejiminin SAVAK işgəncə və repressiya aparatı tərəfindən bu Azərbaycanlı yazıçıya qarşı həyata keçirilmiş sui-qəsd kimi dəyərləndirilir.
Azərbaycan xalqının böyük bir hissəsi üçün Səməd Behrəngi yalnız «Kiçik Qara Balıq»ın müəllifi deyil; o, ana dilində oxumaq, yazmaq və gələcəklərini qurmaq istəyən uşaqların səsinə çevrilmiş bir müəllimdir.