ArazNews
Ana Səhifə / Xəbər / Hakan Fidan: İran və ABŞ arasındakı razılaşmanın texniki məsələləri hələ də həll olunmayıb
Xəbər

Hakan Fidan: İran və ABŞ arasındakı razılaşmanın texniki məsələləri hələ də həll olunmayıb

 Hakan Fidan: İran və ABŞ arasındakı razılaşmanın texniki məsələləri hələ də həll olunmayıb


Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları razılaşmanın əsas elementləri üzrə prinsipial anlaşmaya gəlsələr də, bir sıra mühüm texniki məsələlər hələ də həllini tapmayıb.

Fidan İranın nüvə proqramına toxunaraq deyib ki, təxminən 400 kiloqram 60 faiz zənginləşdirilmiş uranın necə seyrəldiləcəyi, bu prosesə nə cür nəzarət və yoxlamanın həyata keçiriləcəyi, eləcə də hansı qurumun buna cavabdeh olacağı hələ dəqiqləşməyib.


Türkiyənin xarici işlər naziri Vaşinqton və Tehran arasında birbaşa danışıqların vacibliyini də vurğulayaraq bildirib ki, Ankara bundan əvvəl də hər iki tərəfi birbaşa danışıqlara təşviq edib.


O, son aylarda Pakistan, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə aparılan dolayı danışıqlara da toxunaraq mesaj mübadiləsinin ləng getməsini tənqid edib. Fidanın sözlərinə görə, ABŞ tərəfi bəzən bir saat ərzində cavab versə də, İran İslam Respublikasının cavabı bəzi hallarda bir həftəyədək gecikirdi.