ABŞ prezidenti Donald Tramp Truth Social şəbəkəsində İran rejiminə qarşı iqtisadi və hərbi təzyiqin artırılmasını müdafiə edən New York Post məqaləsini yenidən paylaşıb.
ArazNews-un məlumatına görə, Riçard Qoldberqin qələmə aldığı məqalədə Trampın İran qarşısında “üstün mövqedə” olduğu iddia edilir və Vaşinqtona iqtisadi təzyiqi davam etdirmək, enerji üstünlüyünü gücləndirmək və lazım gələrsə Hörmüz boğazında gəmi keçidini təmin etmək üçün hərbi addım atmaq tövsiyə olunur.
Məqalədə bu siyasətin ya Tehranı Vaşinqtonun istədiyi nüvə güzəştlərinə məcbur edəcəyi, ya da rejimin çöküşünü sürətləndirəcəyi iddia olunur.
Trampın bu məqaləni paylaşması oradakı bütün detallara rəsmi dəstək anlamına gəlməsə də, siyasi baxımdan məqalənin ümumi mesajı ilə uyğunluq siqnalı kimi qiymətləndirilir.