ArazNews
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İran / Pezeşkian: Köhnə idarəetmə üsulları artıq yetərli deyil
İran

Pezeşkian: Köhnə idarəetmə üsulları artıq yetərli deyil

 Pezeşkian: Köhnə idarəetmə üsulları artıq yetərli deyil


İran prezidenti Məsud Pezeşkian iqtisadi təzyiqlər, sanksiyalar və müharibənin nəticələrinə toxunaraq bildirib ki, əvvəlki idarəetmə üsulları artıq ölkənin problemlərini təkbaşına həll etməyə kifayət etmir və böhranlardan çıxmaq üçün yeni imkanlardan istifadə olunmalıdır.

ArazNews-un Mehr agentliyinə istinadən verdiyi məlumata görə, Pezeşkian ölkə üzrə valilərlə keçirilən toplantıda deyib: “Ölkənin problemlərinin həlli və inkişafı ilə bağlı narahatlığı olan bütün iradələri iştirak etməyə çağırmalıyıq. Ya bir yol tapacağıq, ya da yeni yol açacağıq.”


O iddia edib ki, “düşmən” iqtisadi təzyiq və sanksiyalar vasitəsilə ölkənin dayanıqlığını zəiflətməyə çalışır və hazırkı vəziyyətdən çıxış üçün idarəetmə yanaşmalarının dəyişməsi, mütəxəssislərin potensialından istifadə və ictimai iştirakın vacib olduğunu bildirib.


Pezeşkian enerji resurslarının vəziyyəti ilə bağlı da xəbərdarlıq edərək deyib ki, su, elektrik, qaz və benzin istehlakının idarə olunması üçün dəqiq planlama olmazsa, ölkə gələcəkdə daha ciddi problemlərlə üzləşəcək. O, yerli rəsmilərdən enerji istehlakına nəzarət və istehsal-hidmət sahələrinin qorunması üçün plan hazırlamağı istəyib.


O həmçinin ölkənin dayanıqlığının xalqın iştirakı ilə mümkün olduğunu vurğulayaraq qənaət, istehlak modelinin dəyişdirilməsi və ictimai institutların imkanlarından istifadənin vacibliyini qeyd edib.