İran rejiminin dövlət televiziyası Kalaşnikovla istifadə təlimini efirə çıxardı

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran rejiminin dövlət televiziyası Kalaşnikovla istifadə təlimini efirə çıxardı


Son günlər İran rejiminin dövlət televiziyasında Kalaşnikov silahından praktik istifadəni göstərən proqramların yayımlanması sosial şəbəkələrdə geniş reaksiyaya səbəb olub.


ArazNews-un məlumatına görə, Ofogh telekanalında hərbi şəxsin iştirakı ilə Kalaşnikovun daşınması, doldurulması və istifadəsi ilə bağlı birbaşa təlim efirə verilib. Eyni zamanda, 3-cü kanaldan yayılan görüntülərdə aparıcı Mobina Nəsiri canlı proqramda Kalaşnikovla görünüb.


Bu proqramlar ümumi auditoriya üçün hər hansı yaş xəbərdarlığı və ya məhdudiyyət olmadan yayımlanıb.


Bu addım İsrail və ABŞ-la son qarşıdurmalardan sonra atılıb. Tənqidçilər bunu rejimin qorxusu, daxili etirazların yatırılması üçün tərəfdar qüvvələri və ya mülki şəxsləri silahlandırmaq cəhdi, yaxud psixoloji təbliğat kampaniyası kimi qiymətləndirirlər.