Canlı İzlə Əlaqə
AraZ
NEWS
ArazNews
Azərbaycan Milli Müqavimət Təşkilatı Xəbər Agentliyi
Ana Səhifə / İran / İran məhkəmə sistemi 40 günlük müharibədən bəri 39 nəfəri edam etdiyini açıqladı
İran

İran məhkəmə sistemi 40 günlük müharibədən bəri 39 nəfəri edam etdiyini açıqladı

 İran məhkəmə sistemi 40 günlük müharibədən bəri 39 nəfəri edam etdiyini açıqladı


İran rejiminin məhkəmə sisteminə bağlı Mizan agentliyi 40 günlük müharibə dövründə bu qurumun fəaliyyəti ilə bağlı hesabatında 10 nəfərin “Mossad və CIA üçün casusluq” ittihamı ilə edam edildiyini təsdiqləyib.


Hesabatda əlavə olaraq daha 29 nəfərin “casus şəbəkələrinin rəhbərləri, terrorizm və silahlı iğtişaşlar” ittihamı ilə edam edildiyi bildirilib.


Eyni zamanda insan haqları təşkilatları müharibə və müharibədən sonrakı dövrdə siyasi edamların sayının məhkəmə sisteminin açıqladığı rəqəmlərdən daha çox olduğunu deyirlər.


Hesabatda müxaliflərə və tənqidçilərə qarşı digər repressiv addımlar da yer alıb. Bunlara 36 nəfər üçün uzunmüddətli həbs cəzaları, 262 daşınmaz əmlakın dondurulması, 400-dən çox jurnalist və media əməkdaşının əmlakının müsadirəsi, həmçinin onlarla sosial media siması və siyasi-mədəni fəalın bank hesablarının bloklanması daxildir.