ArazNews
Ana Səhifə / Dünya / ABŞ-ın NATO-dan çıxması kölgəsi; alyansın baş katibi Trampla görüşəcək
Dünya

ABŞ-ın NATO-dan çıxması kölgəsi; alyansın baş katibi Trampla görüşəcək

ABŞ-ın NATO-dan çıxması kölgəsi; alyansın baş katibi Trampla görüşəcək

Reuters-in məlumatına görə, NATO-nun Baş Katibi Mark Rutte çərşənbə günü Ağ Evdə Donald Trampla görüşəcək. Bu görüş Vaşinqton ilə alyansın Avropa müttəfiqləri arasında getdikcə dərinləşən ixtilaflar fonunda keçiriləcək.

NATO-nu dəfələrlə tənqid etmiş Tramp alyans üzvlərinin İrana qarşı müharibəni dəstəkləməməsindən, həmçinin Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsindəki məhdud iştirakından narazılığını bildirib. Eyni zamanda Pentagon Avropada ABŞ qüvvələrinin mümkün azaldılmasını nəzərdən keçirməyə başlayıb.

Reuters yazır ki, NATO üzvlərinin ən böyük narahatlıqlarından biri ABŞ-ın Avropaya hərbi öhdəliklərini azaltması, hətta iyul ayında keçiriləcək alyans sammitindən əvvəl ixtilafların daha da kəskinləşməsi ehtimalıdır.

Bu arada Mark Rutte üzv ölkələrin müdafiə büdcəsinin artırılmasını və Avropanın ABŞ əməliyyatlarını dəstəkləməsindəki rolunu vurğulayaraq son ixtilafların Atlantikanın hər iki tərəfindəki münasibətlərdə ciddi böhrana çevrilməsinin qarşısını almağa çalışır.