cümə axşamı, 26 noyabr 2026
Bölgə

Türkiyə müdafiə nazirinin ABŞ-a ilk səfəri: Gülər və Heqsetin gündəliyində F-35 və CAATSA sanksiyalarının ləğvi

Türkiyə müdafiə nazirinin ABŞ-a ilk səfəri: Gülər və Heqsetin gündəliyində F-35 və CAATSA sanksiyalarının ləğvi

Türkiyənin müdafiə naziri Yaşar Gülər noyabrın 30-dan dekabrın 3-dək ABŞ-a səfər edəcək. Bu, onun nazir kimi fəaliyyəti dövründə ABŞ-a ilk səfəridir.

Gülər bu rəsmi səfər çərçivəsində ABŞ-ın müharibə naziri Pit Heqsetlə görüşəcək. İki nazirin müzakirələrinin əsas mövzusunun F-16 və F-35 qırıcılarının alınması prosesi və Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının ləğvi olacağı gözlənilir.

İkitərəfli hərbi əlaqələr və qlobal təhlükəsizlik sahəsindəki proseslər də görüşün gündəliyindədir.

Bu xəbəri paylaşın