cümə axşamı, 26 noyabr 2026
Bölgə

Azərbaycan 10 ayda Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edib

Azərbaycan 10 ayda Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədən Ermənistana ixracın dəyəri 23 milyon 699 min dollar təşkil edib.

APA-nın məlumatına görə, həmin dövrdə Azərbaycan Ermənistandan dolayı yolla 96 min 500 dollar dəyərində məhsul idxal edib ki, bu da təxminən 164 min manata bərabərdir. Oktyabr ayında Azərbaycan gömrüyü Ermənistandan heç bir idxal qeydə almayıb.

2026-cı ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 43,19 milyard dollar, yəni təxminən 73,4 milyard manat təşkil edib.

Bu xəbəri paylaşın