FTB «Milli Cinayət Məlumatları Mərkəzi»nə (NCIC) ehtimal olunan kiberhücumu araşdırır. ABŞ-ın hər yerində polis axtarışda olan şəxsləri, həbs qərarlarını və məhkumluq qeydlərini izləmək üçün bu məlumat bazasından istifadə edir.
NBC News cümə günü bu araşdırmanın aparıldığını ayrıca təsdiqləyib. Fox News də şənbə günü bu bazanın sındırıldığını xəbər verib. Müdaxilənin miqyası hələ bəlli deyil. Hakerlərin həssas məlumatlara çıxış əldə edib-etmədikləri, yaxud qeydləri dəyişdirib-dəyişdirmədikləri də məlum deyil.
ABŞ-ın federal, ştat və yerli polisi şəxslərin keçmişini yoxlamaq və işləri izləmək üçün bu bazaya arxalanır. Elə buna görə də polisin işində fasilələr yarana biləcəyi ilə bağlı narahatlıq yaranıb.