İran-İraq vətəndaşı olan 32 yaşlı Məhəmmədbaqir Saidi Nyu-Yorkdakı federal məhkəmədə İslam Respublikasına sədaqətini bəyan edərək özünü «Qasım Süleymani ordusu»nun üzvü kimi təqdim edib. O, Britaniyanın Feyrford hava bazasına hücum planlaşdırmaqda təqsirləndirilir.
The Telegraph qəzetinin məlumatına görə, Saidi noyabrın 19-da, cümə axşamı Manhetten məhkəməsində bir neçə dəfə ərəb dilində qışqıraraq iclasın gedişatını pozub.