cümə, 20 noyabr 2026
Dünya

Qazaxıstan tarixi köklərinə qayıdır: Qızıl Orda irsi qazax türklərinin milli kimliyinin mərkəzində

Qazaxıstan tarixi köklərinə qayıdır: Qızıl Orda irsi qazax türklərinin milli kimliyinin mərkəzində

Qazaxıstan tarixi kimliyini yenidən müəyyənləşdirmək və Rusiya və Sovet hakimiyyəti dövründən qalan narrativlərdən uzaqlaşmaq məqsədilə Qızıl Orda imperiyasının irsini milli tarixinin əsas istiqamətlərindən birinə çevirib.

Britaniyanın Xarici Siyasət Mərkəzinə və Qazaxıstanın rəsmi mənbələrinə istinadən verilən məlumata görə, Qasım-Jomart Tokayev hökuməti tarixin müstəqil şəkildə yenidən dəyərləndirilməsi, milli kimliyin gücləndirilməsi və Qazaxıstanın Qızıl Orda dövlətçilik ənənəsinin varisi kimi təqdim edilməsi üçün geniş proqrama start verib.

Tokayev daha əvvəl Qızıl Ordanın türk dünyası tarixindəki yerini vurğulayaraq Qazaxıstanı bu tarixi irsin birbaşa varisi kimi təqdim etmiş, onun Avrasiya sivilizasiyasının və dövlətlərinin formalaşmasındakı rolunun tanıdılmasına çağırmışdı.

1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanan Qazaxıstan hazırda tarixi tədqiqatları və mədəni proqramları genişləndirməklə öz tarix narrativini Sovet dövrünün çərçivələrindən asılı olmayaraq yenidən qurmağa çalışır.

Bu yanaşma Qızıl Ordanın ortaq türk irsinin Qazaxıstanın milli kimliyindəki yerini daha da önə çıxarır və ölkənin türk dünyasının digər xalqları ilə tarixi bağlarını vurğulayır.

Bu xəbəri paylaşın