cümə axşamı, 19 noyabr 2026
İran

Blokada altındakı İslam Respublikasının neft qumarı; hökumət mediası: Çinə gedən tankerlərə hücum müharibə deməkdir

Blokada altındakı İslam Respublikasının neft qumarı; hökumət mediası: Çinə gedən tankerlərə hücum müharibə deməkdir

Hakimiyyətə yaxın media onlarla İran neft tankerinin Çinə doğru yola düşməyə hazırlaşdığını iddia edib. Bu media orqanlarının iddiasına görə, Tehran regionun bütün ölkələrinə mesaj göndərib. Mesajda bildirilir ki, ABŞ bu tankerlərə hücum edərsə, İslam Respublikası müharibəyə başlayacaq.

Neft tankerlərinin hərəkətini izləyən "TankerTrackers" saytı da İslam Respublikasının, görünür, neft ixracını bərpa etməyə hazırlaşdığını xəbər verib.

"Fars" xəbər agentliyinin müxbiri Məhəmməd Ənayəti Nəcəfabadi də Körfəzin ərəb ölkələrini hədələyib. Onun yazdığına görə, İran tankerinin yolunda yaradılacaq hər hansı maneə BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və Bəhreyndəki neft obyektlərində partlayışlara səbəb olacaq. "Fars" bu planı ABŞ ilə müharibənin ortasında irəli sürülmüş «Fəridun» ideyasının təkrarı adlandırıb.

ABŞ-ın İslam Respublikasına qarşı dəniz blokadası davam edir. Tramp Vaşinqtonun bu blokadanı İranın qonşularının istəyi ilə davam etdirdiyini bildirmişdi.

Bu xəbəri paylaşın