Mossad rəhbəri Roman Qofman ötən həftə ABŞ-a səfəri zamanı ABŞ və İsrailin İslam Respublikasına qarşı yeni birgə hücumlar həyata keçirməsinə çağırıb. İki mənbə çərşənbə günü, noyabrın 18-də bildirib ki, Qofman Vaşinqtonda MKİ direktoru Con Retklif ilə görüşüb. O, İranın nüvə proqramı ilə bağlı İsrail kəşfiyyatının məlumatlarını təqdim edib, həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşmək üçün Mayamiyə də gedib.
İsrailin sabiq strateji məsələlər naziri və Benyamin Netanyahunun yaxın ətrafından olan Ron Dermer də eyni vaxtda ABŞ-da birgə hücuma dəstək qazanmaq üçün məsləhətləşmələr aparıb. Həmin mənbələrin sözlərinə görə, Netanyahu hərbi əməliyyat üçün fürsətin başa çatmaqda olduğunu düşünür, İsrail isə ilin sonunadək Amerika qüvvələrinin bir hissəsinin regiondan çıxarılmasından narahatdır.
Ağ Evin rəsmilərindən biri bildirib ki, Tramp İslam Respublikasına iqtisadi təzyiqin təsirini «dağıdıcı» hesab edir və geniş miqyaslı döyüş əməliyyatlarına ehtiyac görmür. Rəsmi əlavə edib ki, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlar hələ də masa üzərindədir.