İslam Respublikası ordusunun baş komandanı Əmir Hatəmi çərşənbə günü, noyabrın 18-də hərbi və silahlı qüvvələrin hazırlığının «hər an artırıldığını» bildirib.
İslam Respublikası ordusunun baş komandanı deyib: «Düşmən öz qüvvələrini hazırlayır, lakin ordu və silahlı qüvvələr onların hərəkətlərini ayıq-sayıq və diqqətlə izləyir.»
Hatəmi həmçinin əlavə edib ki, silahlı qüvvələrin «düşmənin və onun havadarlarının səhvinə cavabı daha sarsıdıcı olacaq».
O, sonda bildirib ki, əgər «kimsə İrana və İslam Respublikası quruluşuna əyri baxsa, hamı üçün ibrət dərsi olacaq».