İslam Respublikasının danışıqçıları ABŞ-də keçirilən aralıq seçkilərdə Respublikaçıların məğlubiyyətindən sonra güzəştə getməyə daha az hazırdırlar. Bir sıra amerikalı, avropalı və iranlı rəsmilər bu barədə noyabrın 17-də, çərşənbə axşamı dərc olunan hesabatda bildiriblər.
Həmin rəsmilərin sözlərinə görə, Tehran Vaşinqtonu danışıqlar masasına qayıtmağa məcbur etmək üçün münaqişəni gərginləşdirməyə dair planlar hazırlayıb. Bu planlardan biri Hörmüz boğazından keçid üçün rüsum ödəməyən neft tankerlərinə hücumların artırılmasıdır. Belə hücumlar yanacağın və digər malların qiymətlərinin qalxmasına səbəb ola bilər.
Adları açıqlanmayan bir neçə iranlı rəsmi boğazın bağlanması ilə amerikalı seçicilərə edilən iqtisadi təzyiqin nəticə verdiyini və seçkinin qalibinin Tehran olduğunu iddia edib. Tehranda yaşayan və hökumətə yaxın analitik Peyman Salehi bildirib ki, hakimiyyət Trampın müharibəni bitirmək üçün təzyiq altında olduğunu düşünür və buna görə də geri çəkilmək niyyətində deyil.