bazar ertəsi, 16 noyabr 2026
İran

İranda polad istehsalı 10 faizdən çox azalıb: enerji böhranı və müharibə polad sənayesini dalana dirəyir

İranda polad istehsalı 10 faizdən çox azalıb: enerji böhranı və müharibə polad sənayesini dalana dirəyir

İranın polad sənayesi istehsalın 10 faizdən çox azalması, ciddi enerji məhdudiyyətləri və ixracla bağlı qeyri-müəyyən perspektivlə üz-üzə qalıb. Bu böhran ölkənin mühüm sənaye sahələrindən birinin gələcəyi ilə bağlı narahatlığı artırıb.

Fuladnews-a istinadən xəbər verilir ki, İran Polad İstehsalçıları Assosiasiyasının icra məsələləri üzrə müavini Vahid Yaqubi xəbərdarlıq edib ki, sənaye müəssisələrinə qaz verilməsinə qoyulan məhdudiyyətlər, ehtimal ki, azər ayının sonlarınadək daha da sərtləşəcək, eyni zamanda elektrik kəsintiləri də davam edəcək.

O vurğulayıb ki, altı aylıq enerji məhdudiyyətlərindən sonra polad sənayesi ilin ikinci yarısında da əlverişli vəziyyətdə olmayacaq.

Yaqubinin sözlərinə görə, dəniz və sərhəd marşrutlarındakı məhdudiyyətlər polad ixracını da ciddi qeyri-müəyyənlik qarşısında qoyub. Bu vəziyyət enerji böhranı, valyuta və tənzimləmə problemləri ilə yanaşı, istehsalçılar üzərində təzyiqi artırır.

Bu xəbəri paylaşın