İranda 15-24 yaşlı gənclərin təxminən dörddə biri işsizdir. İran Statistika Mərkəzi son hesabatında bu yaş qrupunda işsizlik səviyyəsinin İran təqvimi ilə 1405-ci ilin yazında 23,4 faiz təşkil etdiyini açıqlayıb və gənclər arasında işsizliyin artdığını bildirib.
18-35 yaş qrupunda da işsizlik 17,5 faizə çatıb. Həmin dövlət qurumunun məlumatlarına əsasən, bu göstərici ötən illə müqayisədə 21 faiz artım deməkdir.
İranda rəsmi işsizlik statistikası işçi qüvvəsinin statistik sorğusu əsasında hazırlanır. Bu sorğuya görə, istinad həftəsində ən azı bir saat işləmiş hər kəs məşğul hesab olunur.