Avtomobil bazarında bir neçə gün davam edən qiymət enişindən sonra bazar günü, 24 abanda (15 noyabr) qiymətlər yenidən artıb. "Tejarat News" saytının məlumatına görə, "İran Xodro" şirkətinin ikiyanacaqlı "Soren Plus" modeli bir gündə 305 milyon tümən bahalaşaraq 3 milyard 330 milyon tümənə çatıb. Altıpilləli "Dena Plus" modelinin qiyməti də 60 milyon tümən artaraq 3 milyard 370 milyon tümənə yüksəlib.
"SAIPA" şirkətinin məhsulları da bahalaşıb. "Quick S" modelinin qiyməti 25 milyon tümən artaraq 1 milyard 795 milyon tümən müəyyənləşib. "Saina S" modeli də 68 milyon tümən bahalaşaraq 1 milyard 850 milyon tümənə çatıb.
Bahalaşma yığma avtomobillərə də sirayət edib. "Haima S7 Pro" modeli 110 milyon tümən artımla 7 milyard 400 milyon tümənə çatıb. "Arrizo 6" modeli də 310 milyon tümən bahalaşıb və hazırda qiyməti 7 milyard 410 milyon tümən təşkil edir.