"Traktor" klubu komandanın kapitanı Şoca Xəlilzadəyə verilən bir oyunluq diskvalifikasiyaya etiraz edir və işi Apellyasiya Komitəsinə aparır. Klubun baş direktoru Höccət Kərimi "Traktor"un mediasına müsahibəsində bu futbolçuya münasibətdə "qəsd və qərəz" olduğunu iddia edib.
Kərimi İntizam Komitəsinin qərarının səbəbini qeyri-müəyyən adlandırıb və sual edib: "Məgər Şoca sadəcə bir müsahibə verdiyinə görə cəzalandırılıb? Əgər belədirsə, bu, həqiqətən şah əsərdir!" Onun sözlərinə görə, Xəlilzadə kapitan kimi "Traktor"un hüquqlarını müdafiə edib və "İran futbolunda Şocanın divarı alçaqdır". Klubun baş direktoru bu cəzanın ləğv olunacağını gözləyir, çünki komandanın kapitanının oyunlarda iştirakına ehtiyacı var.
Kərimi komandanın meneceri Xudadad Əzizinin diskvalifikasiyasına da toxunub. Bu cəzadan iki ay keçdiyindən klub onun cəzasının qalan hissəsinin dayandırılması ilə bağlı müraciətini Apellyasiya Komitəsinə göndərib.