ABŞ-ın İslam Respublikasına qarşı yeni hücum dalğası hələlik dayandırılmış qala bilər. Bunun şərti Tehranın və ya onun dəstəklədiyi Yəməndəki husilərin «yeni təxribata» əl atmamasıdır. Donald Tramp son günlər bu şərti yüksək vəzifəli müşavirləri ilə müzakirə edib.
Üç mənbə noyabrın 14-də, şənbə günü bildirib ki, Tramp müharibəni bitirib-bitirməmək barədə hələ qərar verməyib. Səudiyyə Ərəbistanı və Türkiyə ondan hücumları bərpa etməməyi xahiş ediblər. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman oktyabrın 31-də baş tutan telefon danışığında sanksiyaların təsirini qeyd edərək Trampdan ABŞ-dakı seçkilərdən sonraya planlaşdırılan hücumdan imtina etməyi xahiş edib.
ABŞ-ın kəşfiyyat qurumları hesab edir ki, dəniz blokadası və sanksiyalar İran iqtisadiyyatına zərbə vurub və yeni hücum İslam Respublikasının danışıqlardakı tələblərini o qədər də dəyişməyəcək. Bununla belə, ABŞ-ın üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə yola düşüb və hərbi variant hələ də masa üzərindədir.