şənbə, 14 noyabr 2026
İran

Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti sanksiya təhdidinə cavab verib: ABŞ-ın maliyyə naziri cücələri payızın sonunda saysın

Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti sanksiya təhdidinə cavab verib: ABŞ-ın maliyyə naziri cücələri payızın sonunda saysın

İslam Respublikası Mərkəzi Bankının sədri Vaşinqtonun sanksiyaları sərtləşdirmək təhdidinə reaksiya verib. Əbdülnasir Hümməti şənbə günü, noyabrın 14-də ABŞ-ın maliyyə naziri Skott Bessentə müraciət edərək «cücələri payızın sonunda saysın» deyib. Onun sözlərinə görə, Bessent işin nəticəsi barədə vaxtından əvvəl hökm çıxarmamalıdır.

Hümməti bu fikirləri Nazirlər Kabinetinin iclası zamanı kuluarlarda dövlət televiziyasına verdiyi müsahibədə səsləndirib. Mərkəzi Bankın sədri əlavə edib ki, qış barədə danışmaq hələ tezdir.

O, həmçinin təxminən 30,3 milyard dollar həcmində valyutanın təmin edildiyini iddia edib. Hümməti əsas mallar və dərman üçün tələb olunan valyutanın təmin edilməsinin davam edəcəyinə söz verib.

Bu xəbəri paylaşın