şənbə, 14 noyabr 2026
Dünya

Moskvanın Ukrayna müharibəsinin bitməsi üçün şərti: NATO qüvvələrini və bazalarını 1997-ci il mövqelərinə qaytarmalıdır

Moskvanın Ukrayna müharibəsinin bitməsi üçün şərti: NATO qüvvələrini və bazalarını 1997-ci il mövqelərinə qaytarmalıdır

Rusiya Ukrayna müharibəsinin başa çatdırılmasına dair danışıqlarda NATO-nun hərbi qüvvələrini və bazalarını 1997-ci il mövqelərinə geri çəkməsini tələb edib. Həmin il keçmiş Şərq blokunun ölkələrindən heç biri hələ NATO-ya üzv deyildi. Polşa, Macarıstan və Çexiya bu alyansa iki il sonra qoşulub.

Moskva NATO-nun daha da genişlənməsinin hər hansı formasına qarşı çıxır və alyansın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada hərbi fəaliyyətini dayandırmasını istəyir. Cənubi Qafqazda yerləşən Azərbaycan Respublikası, Gürcüstan və Ermənistanın hər üçü «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Kreml 2021-ci ilin dekabrında, Ukraynaya hücumdan bir neçə həftə əvvəl, buna oxşar tələbi təhlükəsizlik sazişinin layihəsi şəklində irəli sürmüşdü. ABŞ və NATO o vaxt bu layihəni rədd etmişdi.

Bu xəbəri paylaşın