İsrail prezidenti İsaak Herzoq qumbaralı hücumda bir ərəb qadının öldürülməsindən sonra gələcək hökuməti cinayətkar dəstələrə və qanunsuz silahlara qarşı mübarizəni gücləndirməyə çağırıb.
"The Times of Israel" nəşrinin məlumatına görə, noyabrın 14-də, şənbə günü İsrailin şimalında, ərəblərin yaşadığı Kafr Manda qəsəbəsində bir mağazaya qumbara atılıb. Hücum nəticəsində 51 yaşlı Lina Qasım Zeydan həyatını itirib, daha üç nəfər yaralanıb. İsrail polisi üç şübhəlini saxlayıb.
Herzoq X sosial şəbəkəsində Zeydanı 2026-cı ilin əvvəlindən bəri İsrailin ərəb icmasında qətlə yetirilən 200-cü qurban adlandırıb. O, bu statistikanı «sarsıdıcı və ağlasığmaz» adlandıraraq, bu icmada zorakılıq böhranının nə qədər kəskin olduğunun göstəricisi kimi dəyərləndirib. Son illərdə İsrailin ərəblərin yaşadığı şəhərlərində qətllər və silahlı zorakılıq bu ölkənin ərəb vətəndaşlarının ən ciddi narahatlıqlarından birinə çevrilib.