İranın ən azı 11 əyaləti bu il qaz təchizatında gərginlik riski ilə üzləşir. İran Milli Qaz Şirkətinin baş direktoru Səid Təvəkkoli soyuq mövsüm ərəfəsində bu barədə xəbərdarlıq edib. O bildirib ki, bu vəziyyət Mazandaran, Gülüstan və Şimali Xorasanda daha geniş miqyas alacaq.
Milli Qaz Şirkətinin açıqladığı məlumata görə, ölkədə gündəlik qaz hasilatının 68 faizi məişət, ticarət və kiçik sənaye sektorlarında istehlak olunur. Təvəkkoli cari ildə qaz təchizatının çətin olacağını qeyd edib.
Milli Qaz Şirkətinin baş direktoru müharibə zamanı hasilatın azalması ilə bağlı iddia edib ki, itirilmiş 230 milyon kubmetr qazdan indiyədək 95 milyon kubmetri yenidən hasilata qaytarılıb. Onun sözlərinə görə, daha təxminən 100 milyon kubmetr qaz da yaxın günlərdə yenidən istismara veriləcək.