cümə, 13 noyabr 2026
İran

Trampdan İslam Respublikasına yeni xəbərdarlıq: Bəlkə elə indi hücum əmri verim, heç bir tərəddüdüm yoxdur!

Trampdan İslam Respublikasına yeni xəbərdarlıq: Bəlkə elə indi hücum əmri verim, heç bir tərəddüdüm yoxdur!

ABŞ prezidenti Donald Tramp İslam Respublikasını yenidən hərbi müdaxilə ilə hədələyib. O bildirib ki, şərait dəyişərsə, hətta elə indi İrana yeni hücum əmri verə bilər.

Tramp müttəfiqləri və Amerika gəmilərini qorumaq üçün hərbi gücdən istifadə ilə bağlı suala cavabında deyib: «Vəziyyətin başqa istiqamətdə getdiyini görsəm, bunu edəcəyəm. Hətta elə indi də bunu edə bilərəm. Heç bir tərəddüdüm olmayacaq».

ABŞ prezidenti həmçinin iddia edib ki, dəniz blokadası İslam Respublikasının iqtisadiyyatını ciddi təzyiq altına salıb, Tehran hakimiyyəti isə çöküş yoluna düşüb.

Bu xəbərdarlıq Vaşinqtonun İrana qarşı dəniz blokadasını davam etdirdiyi və hərbi hücumların bərpası ehtimalını istisna etmədiyi bir vaxtda səslənir.

Bu xəbəri paylaşın