Kürdüstan Azad Həyat Partiyasının (PJAK) iki üzvü Sərdəşt sərhədində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri ilə silahlı toqquşmada öldürülüb. Bu iddianı SEPAH cümə axşamı irəli sürüb. Hərbi qurumun açıqlamasına görə, toqquşma Qərbi Azərbaycan əyalətinin sərhəd zolağında baş verib və qrupun hər iki üzvü həyatını itirib.
Eyni zamanda PJAK-ın hərbi qanadı yaydığı bəyanatda SEPAH-ın qrupun Kürdüstan əyalətindəki mövqelərinə hücum etdiyini bildirib. Bəyanatda qeyd olunur ki, SEPAH qüvvələri son günlərdə qrupun Mərivan ətrafındakı mövqelərini artilleriya atəşi və dronlarla hədəfə alıb.
Sərdəşt də, Mərivan da İranın İraq Kürdüstan Regionu ilə sərhəd zolağında yerləşir. Bu dağlıq ərazilərdə SEPAH ilə kürd silahlı qrupları arasında toqquşmaların uzun tarixi var.