cümə, 13 noyabr 2026
Bölgə

Müdafiə əməkdaşlığından Orta Dəhlizə qədər: Azərbaycan və Böyük Britaniya strateji tərəfdaş olub

Müdafiə əməkdaşlığından Orta Dəhlizə qədər: Azərbaycan və Böyük Britaniya strateji tərəfdaş olub

Azərbaycan və Böyük Britaniya birgə sənədlə ikitərəfli münasibətləri «strateji tərəfdaşlıq» səviyyəsinə yüksəldib. İki ölkə bu sənəddə suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətin vacibliyini vurğulayıb.

Razılaşmaya əsasən, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq qüvvələrin təlimi, potensialın gücləndirilməsi və əməliyyat koordinasiyası istiqamətlərində genişləndiriləcək. Müdafiə sənayesi və birgə layihələr sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçiriləcək. Hüquq-mühafizə, sərhəd idarəçiliyi və məhkəmə-hüquq əməkdaşlığı məsələləri də gündəlikdədir.

London Orta Dəhlizin və regionun tranzit layihələrinin inkişafını dəstəkləyəcək. Təmiz enerji, təhsil və süni intellekt bu tərəfdaşlığın digər istiqamətləridir. Böyük Britaniya həmçinin Vaşinqton sülh sammitinin bəyannaməsinə istinad edərək Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini bir daha dəstəklədiyini bildirib.

Bu xəbəri paylaşın