Pakistan Səudiyyə Ərəbistanını müdafiə etmək üçün qüvvələrini və hərbi imkanlarını sürətlə bu ölkəyə göndərməyə hazırdır. Pakistan ordusunun sözçüsü Əhməd Şərif Çaudri mətbuat brifinqində İslamabadın Ər-Riyadın təhlükəsizliyi ilə bağlı öhdəliyinin «danışıqlar mövzusu olmadığını» vurğulayıb. Onun sözlərinə görə, bu hazırlıq iki ölkə arasında imzalanmış birgə müdafiə sazişinə və Məkkə paktına əsaslanır.
Çaudri əlavə edib ki, Pakistan qüvvələri hazırda müdafiə, dəstək və təlim missiyaları üçün Səudiyyə Ərəbistanında yerləşdirilib. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə Məkkə paktını imzalayıb və paktın şərtlərinə əsasən, üzv ölkələrdən birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı hücum sayılır.
Pakistan ordusunun sözçüsü həmçinin 26 oktyabrda (4 aban) Tehranda keçirilən toplantıya da toxunub. Həmin toplantıda bu paktın üzvü olan ölkələrin nümayəndələri İslam Respublikasının rəsmiləri ilə görüşüblər. Onun sözlərinə görə, toplantının məqsədi gərginliyin azaldılması və regional əməkdaşlığın gücləndirilməsi olub.