bazar ertəsi, 9 noyabr 2026
İran

İslam Respublikasının təhlükəsizlik rəsmisi Fars agentliyinə: «Yeddi şərt» yerinə yetirilməyənədək ABŞ ilə danışıqlar gündəmdə deyil

İslam Respublikasının təhlükəsizlik rəsmisi Fars agentliyinə: «Yeddi şərt» yerinə yetirilməyənədək ABŞ ilə danışıqlar gündəmdə deyil

SEPAH-a bağlı Fars xəbər agentliyi Tehranda adı açıqlanmayan yüksək vəzifəli təhlükəsizlik rəsmisinə istinadən xəbər verib ki, İslam Respublikasının ABŞ ilə danışıqlar aparmaq planı yoxdur. Həmin rəsminin sözlərinə görə, danışıqlar üçün şərt Vaşinqtonun Tehranın «yeddi şərti» çərçivəsində əməli addım atmasıdır.

Təhlükəsizlik rəsmisi bəzi mediaların İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibinin ABŞ vitse-prezidenti ilə Dohada görüşməsi barədə yaydığı xəbərlərə münasibət bildirib. O, Tehranın danışıqlarla bağlı siyasətində və planlarında heç bir dəyişiklik olmadığını iddia edib.

Bu xəbəri paylaşın