Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu "Müsavat" xəbər portalına açıqlamasında Rusiyanın üzvlüyü qarşısındakı hüquqi maneələrə toxunaraq Moskvanın tatar türkcəsini federasiya səviyyəsində ikinci rəsmi dil kimi tanımasını təklif edib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi Kubanıçbek Ömüraliyev 2025-ci ilin fevralında bildirmişdi ki, yeni qaydalara əsasən, təşkilata yalnız türk dillərindən birinin rəsmi və ya dövlət dili statusuna malik olduğu ölkələr tamhüquqlu üzv və ya müşahidəçi qismində qəbul edilə bilər.
Rusiyada tatar dili Tatarıstan Respublikasında rəsmi dildir, lakin federal səviyyədə belə statusa malik deyil. Buna görə də tatar türkcəsinin ölkə miqyasında rəsmi dil kimi tanınması təklifi Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv olmaq imkanı ilə bağlı müzakirələrin əsas mövzularından birinə çevrilib.