bazar ertəsi, 9 noyabr 2026
Bölgə

Türkiyə dünyanın ən böyük iqlim tədbirinə ev sahibliyi edir: Antalyada COP31 sammiti Azərbaycanın iştirakı ilə başlayıb

Türkiyə dünyanın ən böyük iqlim tədbirinə ev sahibliyi edir: Antalyada COP31 sammiti Azərbaycanın iştirakı ilə başlayıb

BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) bu gün, 9 noyabr, bazar ertəsi ilk dəfə Türkiyənin ev sahibliyi ilə Antalya şəhərində başlayıb. Bu qlobal tədbir Yer kürəsinin iqlim gələcəyi ilə bağlı qərarlar qəbul etmək üçün ölkələrin liderlərini və nümayəndələrini bir araya gətirir.

Sammit təxminən 1 milyon 100 min kvadratmetr ərazisi olan kompleksdə keçirilir. Azərbaycan Respublikası da tədbirdə geniş nümayəndə heyəti və xüsusi pavilyonla təmsil olunur.

Sammitə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum sədrlik edir. Ankara bu sessiyanı «icra sammiti»nə çevirmək niyyətindədir. Türkiyə yalnız iqlim vədlərini önə çəkmək əvəzinə ölkələri öz öhdəliklərini yerinə yetirməyə təşviq etmək istəyir.

Təşkilatçıların proqnozlarına görə, tədbirin müxtəlif proqramlarında 100 minə yaxın qonaq və 1 milyon 500 min ziyarətçi iştirak edəcək.

COP29 Bakıda keçirildikdən sonra Türkiyənin bu sammitə ev sahibliyi etməsi türk dövlətlərinin qlobal ekoloji diplomatiyadakı mövqeyini bir daha ön plana çıxarır.

Bu xəbəri paylaşın