bazar ertəsi, 9 noyabr 2026
Bölgə

Bağdaddan Şimali İraqa hücuma reaksiya: İraqın baş naziri Xormor qaz yatağına hücumla bağlı araşdırma aparılmasına göstəriş verib

Bağdaddan Şimali İraqa hücuma reaksiya: İraqın baş naziri Xormor qaz yatağına hücumla bağlı araşdırma aparılmasına göstəriş verib

İraqın baş naziri Əli əz-Zeydi Süleymaniyyə vilayətindəki Xormor qaz yatağına edilən hücumla bağlı araşdırma aparılmasına göstəriş verib. Bu barədə "Sky News Arabia" xəbər verib.

Bu göstəriş noyabrın 8-də, bazar günü İraq Kürdüstan Regionunda yerləşən yatağın obyektlərinə dron hücumundan sonra verilib. "Reuters"in məlumatına görə, dron qaz saxlama obyektlərinə dəyib və hasilat dayanıb.

Xormor İraq Kürdüstan Regionunun ən böyük qaz yataqlarından biridir və bölgədəki elektrik stansiyalarının istifadə etdiyi qazın əsas hissəsini təmin edir. Bu yataq əvvəllər də hücum hədəfinə çevrilib.

Bu xəbəri paylaşın