ABŞ-da aralıq seçkilərdə demokratların qələbəsindən sonra İlon Maskın Tesla və SpaceX şirkətlərinin səhmləri iki gün ərzində 15 faizə yaxın dəyər itirib.
Araz News-un Business Insider-ə istinadən yaydığı xəbərə görə, investorlar demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə Maskın şirkətləri üzərində nəzarətin sərtləşəcəyindən və hüquqi məhdudiyyətlərin artacağından narahatdırlar.
Tesla ilə SpaceX-in birləşməsinə əngəl törədilməsi, Starlink-in Ukraynadakı fəaliyyətinin araşdırılması və süni intellekt layihələri üzərində nəzarətin artması ehtimalı investorların ən böyük narahatlıqları arasında göstərilir.