İnterfaks agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 5-də, cümə axşamı İran ətrafında gərginliyin yenidən artması təhlükəsinin hələ də qaldığını bildirib. O, Rusiya vətəndaşlarını vəziyyət sakitləşənədək hələlik İrana səfər etməməyə çağırıb. Zaxarova əlavə edib ki, Moskvanın öz vətəndaşlarına verdiyi təhlükəsizlik tövsiyələri dəyişməyib.
Bu xəbərdarlıq İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzainin Moskvaya səfərinə təsadüf edib. Kreml cümə axşamı Vladimir Putinin Rzai ilə görüşdüyünü açıqlayıb.
İranın dövlət mediası xəbər verib ki, Rzai bu görüşdə İslam Respublikasının rəhbəri Müctəba Xameneyinin mesajını Putinə çatdırıb.