Livanın "Əl-Məyadin" telekanalı İran mənbəsinə istinadən xəbər verib ki, SEPAH-ın keçmiş komandanı Möhsün Rzai Moskvada Vladimir Putinlə görüşüb. Mənbənin sözlərinə görə, onların söhbətinin əsas mövzusu müharibəyə son qoyulması olub.
Mənbə bildirib ki, Rzai Rusiya prezidenti ilə görüşdə vurğulayıb ki, İslam Respublikası yeddi şərti yerinə yetirilməyənədək Hörmüz boğazını açmayacaq. Mənbənin sözlərinə görə, Rzai həmçinin deyib ki, Tehran bu qərarla bağlı heç bir danışıq aparmayacaq.