cümə axşamı, 5 noyabr 2026
İran

Əraqçi Cənubi Kiprin yunanların yaşadığı hissəsinin xarici işlər naziri ilə telefonla danışıb

Əraqçi Cənubi Kiprin yunanların yaşadığı hissəsinin xarici işlər naziri ilə telefonla danışıb

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi yunanların yaşadığı Cənubi Kipr hökumətinin xarici işlər naziri Konstantinos Kombos ilə telefonla danışıb.

"Tabnak" saytının məlumatına görə, tərəflər telefon danışığında ikitərəfli münasibətlərdəki son vəziyyəti və regional məsələləri müzakirə ediblər.

Türkiyə yunanların yaşadığı Cənubi Kipr hökumətini bütün Kipr adasının nümayəndəsi kimi tanımır və Şimali Kipr Türk Cümhuriyyətini dəstəkləyir.

Bu xəbəri paylaşın