Azərbaycan milli düşüncəsinin görkəmli simalarından, türk dili, tarixi və mədəniyyətinin tədqiqatçılarından olan professor Məhəmmədtağı Zehtabi üçün 4 noyabr 2026-cı il, çərşənbə günü Ankara Universitetində anım mərasimi keçirilib. Mərasimdə universitet müəllimləri, tələbələr və Azərbaycan milli hərəkatının fəalları iştirak ediblər.
Araz News-un məlumatına görə, mərasim Ankara Universiteti Dil, Tarix və Coğrafiya Fakültəsinin Müzəffər Göker salonunda keçirilib, ona müxtəlif şəhər və ölkələrdən qonaqlar gəlib. Mərasimdə Zehtabinin həyatından, mübarizəsindən, elmi irsindən, həmçinin Azərbaycan milli fikrinin yaranıb genişlənməsindəki rolundan danışılıb.