Respublikaçıların ABŞ-da keçirilən aralıq seçkilərdə məğlub olması partiya daxilində tənqid dalğasına səbəb olub. Anadolu agentliyinin məlumatına görə, partiyanın tanınmış simaları İran müharibəsini, inflyasiyanı və benzin qiymətlərinin kəskin artımını məğlubiyyətin səbəbi sayırlar.
Ağ Evin keçmiş aparat rəhbəri Mik Malvani CNBC-yə bildirib ki, seçicilər İran müharibəsindən və benzinin bahalaşmasından bezmişdilər. Viskonsin ştatından olan senator Ron Conson da bu iki məsələnin insanları ciddi şəkildə düşündürdüyünü deyib.
Konqresin keçmiş üzvü Marjori Teylor Qrin seçkiləri «Tramp barədə referendum» adlandırıb. O, Trampı «heç kimin istəmədiyi» müharibəni başlatmaqda ittiham edib. Ağ Evin keçmiş mətbuat katibinin müavini Sara Metyuz bildirib ki, Trampın özündən başqa günahlandıracaq kimsəsi yoxdur. Yuta ştatından olan senator Con Kertis isə partiyasını günahı mediaya və seçicilərə yükləmək əvəzinə güzgüyə baxmağa çağırıb.