çərşənbə axşamı, 3 noyabr 2026
Dünya

Tramp "Fox News"a: İsrailə illik 4 milyard dollarlıq hərbi yardım ilin sonunadək dayandırılacaq

Tramp "Fox News"a: İsrailə illik 4 milyard dollarlıq hərbi yardım ilin sonunadək dayandırılacaq

ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində Vaşinqtonun İsrailə illik 4 milyard dollarlıq hərbi yardımının bu ilin sonunadək dayandırılacağını deyib. Onun sözlərinə görə, bu qərar bir neçə ay əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə qəbul olunub və İsrail tərəfi də bununla razıdır.

Tramp bildirib: "İsrail uğurlu ölkədir. Yardıma ehtiyacı yoxdur və biz artıq onlara yardım etməyəcəyik." O əlavə edib ki, lazım gələrsə, ABŞ yenə də İsrailin köməyinə gələcək.

Bu xəbəri paylaşın