ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə müharibənin Respublikaçılar Partiyasının seçki məğlubiyyətində rolu olduğunu bəyan edib; hərçənd o inanır ki, seçicilər hökumətinin Tehrana qarşı atdığı addımların əhəmiyyətini dərk ediblər.
Araz News-un Trampın «Fox News» telekanalına müsahibəsinə istinadən verdiyi məlumata görə, o, müharibənin aralıq seçkilərinin nəticələrinə təsiri barədə deyib: «Düşünürəm ki, bunun bir hissəsi İranla bağlı idi, lakin eyni zamanda insanlar mənim İrana qarşı atdığım addımların əhəmiyyətini dərk etdilər.»
Tramp həmçinin Konqresin hər iki palatasına nəzarətin ehtimal ki, Demokratlara keçməsinə toxunaraq, qarşı çıxdığı layihələrə mane olmaq üçün prezidentin veto hüququndan istifadə edəcəyini bildirib.
O deyib: «Onlar dəliliklə dolu layihələr göndərəcəklər və mən veto qoyacağam. Bir neçə aydan sonra zəng edib işləri necə irəli apara biləcəyimizi soruşacaqlar; bax o zaman birgə əməkdaşlıq edəcəyik.»