ABŞ prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərində demokratların qələbələrinə reaksiya verərək, «Truth Social» sosial şəbəkəsində üzərində böyük hərflərlə «VETO» yazılmış qırmızı papaq fotosu paylaşdı.
Araz News-un Amerika mediasına istinadən verdiyi məlumata görə, Tramp seçkilərdən əvvəl xəbərdarlıq etmişdi ki, əgər demokratlar Konqresə nəzarəti ələ keçirərlərsə, o, «Cənab Veto»ya çevriləcək və qarşı çıxdığı qanun layihələrini rədd edəcək.
Tramp «CBS» telekanalına müsahibəsində də bildirmişdi ki, prezidentin veto hüququ müəyyən müddətdən sonra demokratları danışıqlara və güzəştə getməyə məcbur edə bilər.
Bu papaq fotosunun paylaşılması respublikaçıların 3 Noyabr seçkilərində ciddi məğlubiyyətlərlə üzləşdiyi və demokratların Senata nəzarəti ələ keçirdiyi bir vaxta təsadüf edib.
Bununla belə, Tramp seçki nəticələrini qəbul etdiyini və demokratlarla razılığa gəlmək üçün də hazır olduğunu bəyan edib.