ArazNews
Ana Səhifə / İran / Qətər nümayəndə heyətinin Tehrana 4 saatlıq səfəri: Qətərin kral təyyarəsi İran paytaxtını tərk edib
İran

Qətər nümayəndə heyətinin Tehrana 4 saatlıq səfəri: Qətərin kral təyyarəsi İran paytaxtını tərk edib

Qətər nümayəndə heyətinin Tehrana 4 saatlıq səfəri: Qətərin kral təyyarəsi İran paytaxtını tərk edib

ABŞ-ın İslam Respublikasına qarşı yeni hücumlar dalğasına başlamasının qarşısını almaq üçün diplomatik səylərin davam etdiyi bir vaxtda İran mediası Qətərin kral təyyarəsinin Tehrana gəlişindən cəmi 4 saat sonra paytaxtı tərk etdiyini xəbər verib.

İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın Fars agentliyinin məlumatına görə, təyyarə 12 aban (3 noyabr), çərşənbə axşamı səhər saatlarında Tehranı tərk edib.

Daha əvvəl "Camaran" saytı bu ölkənin baş nazirinin baş müşavirinin rəhbərlik etdiyi Qətər nümayəndə heyətinin diplomatik məsləhətləşmələri davam etdirmək üçün Tehrana gəldiyini bildirmişdi.

"Reuters" agentliyi də Qətərli vasitəçilərin bazar ertəsi axşamı Tehran ilə Vaşinqton arasında mümkün razılaşmanın layihəsini Abbas Əraqçi ilə müzakirə etmək üçün İrana səfər edəcəyini xəbər vermişdi.

Danışıqların təfərrüatları, nümayəndə heyətinin yekun tərkibi və səfərin qısa olmasının səbəbi hələ rəsmi olaraq açıqlanmayıb. Danışıqların hər hansı yeni irəliləyişlə nəticələnib-nəticələnmədiyi də məlum deyil.