Axios-un müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən yazıb ki, İnqilab Keşikçiləri Korpusu bazar ertəsi gecə Qeşm adasından raket atıb. Raketin hədəfi Hörmüz boğazında olan ABŞ təyyarəsi olub.
Həmin rəsminin sözlərinə görə, ABŞ qırıcısı özünümüdafiə məqsədilə SEPAH-ın "yer-hava" tipli raket buraxılış qurğusunu məhv edib.
ABŞ rəsmiləri Fox News-a ABŞ-ın Qeşm adasını hədəfə aldığını təsdiqləyiblər. Onlar bu hücumu "müdafiə xarakterli" adlandırıb və bildiriblər ki, bu, ABŞ-ın İslam Respublikasına hücumlarını bərpa etməsi və ya gərginliyin artması anlamına gəlmir.
Çərşənbə axşamı səhər saatlarında Qeşm sakinləri adada beş-altı güclü və ardıcıl partlayış baş verdiyini bildirmişdilər. IRNA da beş partlayış səsinin eşidildiyini təsdiqləmişdi.