Silahlı şəxslər noyabrın 2-də, bazar ertəsi, Fatimiyyun qruplaşmasının qüvvələrinə hücum ediblər.
Bəluc mənbələrinin məlumatına görə, həmin qüvvələr Konarak şəhristanının Kəhir bölgəsinə daxil olan Bir kəndindəki Bir Süfla məktəbində yerləşdirilibmiş. Hücum zamanı ən azı yeddi nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hökumət mediası da toqquşmanın baş verdiyini təsdiqləyib.
Hücumçular saat 16 radələrində iki motosikletlə kəndə daxil olub və məktəbdə yerləşən qüvvələrə atəş açıblar.
Yaralılardan ən azı ikisinin vəziyyəti ağırdır. Yaralılar üç təcili yardım maşını ilə Çabahar və Pəhrədəki tibb müəssisələrinə aparılıb.