İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bazar ertəsi bildirib ki, Məclisin sədri Məhəmmədbağır Qalibaf Tehranın ABŞ ilə danışıqlarında baş danışıqçıdır. Onun sözlərinə görə, bu prosesi prezidentin sədrlik etdiyi Ali Milli Təhlükəsizlik Şurası idarə edir.
Bəqai deyib ki, xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehran ilə Vaşinqton arasında mesajları çatdırmaq üçün Dohaya gedib. «Reuters»in məlumatına görə, İran nümayəndə heyətinin Qətər vasitəçiləri ilə bir neçə gün davam edən məsləhətləşmələri yekun razılaşma olmadan başa çatıb, lakin müharibəyə son qoymaq üçün təmaslar davam edir.
XİN sözçüsü dəniz blokadasının dayandırılmasını, sanksiyaların ləğv edilməsini və dondurulmuş aktivlərin azad olunmasını Tehranın tələbləri sırasında sadalayıb. O iddia edib ki, bu tələblər qəbul olunacağı təqdirdə İslam Respublikasının yeddi mərhələli planı iki gün ərzində həyata keçirilə bilər.
«Neftçi» Perikanın qolu ilə «Traktor»dan önə keçib
Perika 55-ci dəqiqədə «Traktor Azərbaycan»ın qapısından qol vuraraq «Neftçi»ni önə çıxarıb.
«Neftçi» (Özbəkistan) 1 - 0 «Traktor Azərbaycan»