Cənubi Azərbaycanın təmsilçisi «Traktor» bu axşam, noyabrın 2-də, bazar ertəsi Asiya Elit Liqasında Özbəkistanın Fərqanə «Neftçi» klubu ilə oynayacaq. Görüş Tehran vaxtı ilə saat 19:30-da Məsqətdəki Sultan Qabus stadionunda keçiriləcək.
Bu axşamkı oyun «Traktor»un yarışın bu mövsümündəki dördüncü görüşüdür. Azərbaycanın qırmızıgeyimliləri ötən üç oyunda cəmi 1 xal qazanıb və bu axşam ilk qələbəsi üçün meydana çıxacaq.
Bu oyun növbəti dəfə türk dünyasından iki klubu üz-üzə gətirir. Azərbaycanın «Traktor» klubu 2021-ci ildə də Asiya Çempionlar Liqasında Özbəkistanın «Paxtakor» komandası ilə qarşılaşmışdı. Həmin qolla zəngin oyun 3:3 hesablı heç-heçə ilə başa çatmışdı.