ArazNews
Ana Səhifə / Bölgə / Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti: İrandan Azərbaycana 136 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb
Bölgə

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti: İrandan Azərbaycana 136 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti: İrandan Azərbaycana 136 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikasının sərhədçiləri İrandan qaçaqmalçılıq yolu ilə keçirilmək istənilən 136 kiloqram 600 qram narkotik vasitə və 5 min 500 ədəd metadon həbini müsadirə ediblər. Ölkənin Dövlət Sərhəd Xidməti noyabrın 2-də, bazar ertəsi, bu yüklərin ölkəyə keçirilməsinin qarşısının alındığını açıqlayıb.

Narkotiklər üç ayrı halda, sərhədçilərin Horadiz sərhəd dəstəsinin xidmət ərazisində keçirdiyi əməliyyatlar zamanı aşkarlanıb. Müsadirə olunan həblər «Metadon M-40» növündə olub. Sərhəd Xidmətinin məlumatına görə, bu yüklərin hamısı qanunsuz dövriyyədən çıxarılıb.

Horadiz Füzuli rayonunda, Araz çayının və Azərbaycan Respublikasının İranla sərhəd zolağının yaxınlığında yerləşən şəhərdir.