ArazNews
Ana Səhifə / Bölgə / Yəməndə humanitar fəlakət: müharibənin şiddətlənməsi ilə 300 mindən çox insan köçkün düşüb
Bölgə

Yəməndə humanitar fəlakət: müharibənin şiddətlənməsi ilə 300 mindən çox insan köçkün düşüb

Yəməndə humanitar fəlakət: müharibənin şiddətlənməsi ilə 300 mindən çox insan köçkün düşüb

BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı Yəməndəki yeni toqquşma dalğası səbəbindən köçkün düşənlərin sayının 300 mini ötdüyünü və ölkənin qərbindəki humanitar böhranın genişlənməkdə davam etdiyini bildirərək xəbərdarlıq edib.

Araz News-un Beynəlxalq Miqrasiya Təşkilatına istinadən verdiyi məlumata görə, bu köçkünlüyün demək olar ki, hamısı son üç ayda İran İslam Respublikasının dəstəklədiyi husilər ilə Yəmən dövlət qüvvələri arasındakı döyüşlərin şiddətlənməsi ilə baş verib.

Təşkilatın Yəməndəki nümayəndəliyinin rəhbəri Abdusattor Esoyev bildirib: «İllərlə davam edən müharibədən sonra ailələr bir daha qaçmaq məcburiyyətində qalıb; çox vaxt əyinlərindəki paltardan başqa heç nələri olmadan.»

Təşkilat sığınacaq, ərzaq, içməli su və səhiyyə xidmətlərinin çatışmazlığı barədə xəbərdarlıq edərək, növbəti altı ay üçün təcili olaraq 45 milyon dollarlıq humanitar yardımın təmin edilməsini istəyib.