ArazNews
Ana Səhifə / İran / Taker Karlson xəbərdarlıq edib: Tramp bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər
İran

Taker Karlson xəbərdarlıq edib: Tramp bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər

Taker Karlson xəbərdarlıq edib: Tramp bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər

ABŞ-ın tanınmış aparıcısı Taker Karlson Donald Trampın yaxın bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu hücumun hədəfi İranın mərkəzində yerləşən «Kolang dağı» olacaq.

İsrail kəşfiyyatı İslam Respublikasının bu dağın tunellərində uranın zənginləşdirilməsini bərpa etdiyini iddia edir. Karlson bildirib ki, ABŞ-ın arsenalındakı adi silahların heç biri təxminən 90 metrlik bərk qranit qatını yarmaq gücündə deyil. O, nüvə hücumunu yeganə hərbi variant hesab edir.

Karlson X sosial şəbəkəsində yazıb ki, Netanyahu bu variantın seçilməsi üçün təzyiq göstərir və bu məsələ ilə bağlı hər gün Trampla əlaqə saxlayır. «The Atlantic» jurnalı da Trampın ABŞ-dakı seçkilərdən sonra İrana hücuma hazırlaşdığını xəbər verib. Nəşrin yazdığına görə, o, müharibənin uzanmasına görə günahkar axtarır.